“Dayanmadan “çakkaçak” çəkib qaçırlar”
Deputat Rüfət Quliyev Milli Məclisin komitə iclasında Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini sərt tənqid edib.
R. Quliyev qeyd edib ki, agentliyin işçilərinin hərəsinin əlində bir fotoaparat var: “Elə dayanmadan “çakkaçak” çəkirlər. Şəkil çəkirlər və qaçırlar. Əgər vətəndaş səhv edirsə, bunu izah eləməlisən. Ağ şəhərdə dünən sürücülər 14 dəqiqə gözlədilər ki, maşını harada saxlasınlar. Sürücülərə su almaq üçün heç 30 saniyə də vaxt vermirlər.
20 manatdan da nə qədər də cərimə yazılır. Günə 100 min, ayda 3 milyon pul edir. Bu əməlli-başlı biznesdir ki? Bəs bu vəsaitin hesab-kitabı hardadır? Mən təklif edirəm ki, həmin agentlikdən hansısa 8- ci dərəcəli yox, əsas şəxslər gəlib bizə məlumat versin. Daha qurbanlıq gedən adamları bura göndərməsinlər”.
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...