“Neftçi” “Sumqayıt”a, “Qarabağ” “Keşlə”yə qarşı

13:09 11-09-2020 | icon 1920
“Neftçi” “Sumqayıt”a, “Qarabağ” “Keşlə”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilir. Ilk oyun günündə 2 görüş keçiriləcək.

Turun açılış qarşılaşmasında “Neftçi” “Sumqayıt”ı qəbul edəcək. “Bakcell Arena”da baş tutacaq görüş saat 19:00-da start götürəcək.

Digər oyunda isə "Qarabağ" "ASK Arena"da "Keşlə"nin qonağı olacaq.

11 sentyabr (cümə)

Azərbaycan Premyer Liqası
II tur

19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
AFFA nümayəndəsi: Asif Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "Bakcell Arena"

21:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Ceyhun Haşımov
Bakı. "ASK Arena"

Qeyd edək ki, Premyer Liqada II turun digər oyunları sentyabrın 12-si və 13-də oynanılacaq. Müvafiq olaraq, "Səbail" evdə "Zirə"ni, "Sabah" isə "Qəbələ"ni sınağa çəkəcək.


Digər xəbərlər

0.21785402297974