Anar Ələkbərov Şeyxə zəng etdi
Prezidentin köməkçisi Anar Ələkbərov dünən mənə zəng etdi. Səhhətimlə maraqlandı. Bildirdi ki, Heydər Əliyev Fondu müalicəm üçün hər şeyi edəcək.
Bunu xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov səhhəti ilə bağlı danışarkən deyib. O bildirib ki, müalicəsinin xaricdə davam etdirilməsi mümkün olmayıb:
“Xaricdə müalicə məsələsi qaldı. Çünki hazırda pandemiya dövrüdür. Səhiyyəsi yüksək səviyyədə olan ölkələr Azərbaycandan pasiyent qəbul etmirlər”.
“Anar müəllim Afət xanım adında bir nəfəri mənə ayırıb. Ona sürücü də veriblər. Mənimlə mütəmadi maraqlanır. Dərmanlarımı alıb gətirir. Anar müəllim dedi ki, siz müalicənizi hansı şəraitdə və necə istəyirsiniz davam etdirə bilərsiniz. Hazırda müalicəmi “Atlas” klinikasında davam etdirirəm. Burada mənə hər cür şərait yaradılıb”.
Xalq artisti səhhətindəki xərçəng riskindən də danışıb:
“Dörd ay həkim və xəstəxana axtardım. Düzgün diaqnoz qoya bilmirdilər. Dünən müayinədən keçdim. Elə bildilər ki, xərçəng xəstəliyim var. Analizlərin cavabı çıxdı. Çox şükür, hər şey qaydasındadır. Mədəmdə və bronxlarımdadır əsas problem. Axar.az saytına isə xüsusi təşəkkür edirəm, sizin sayənizdə mənim xəstəliyim ictimailəşdi. Sizin mənim durumumu işıqlandırmağınızdan sonra ən yüksək səviyyədə mənə diqqət göstərilməyə başladı, redaksiyanıza təşəkkür edirəm”.
-
DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil etdi
...
-
Yağış yağacaq - Faktiki hava açıqlandı
...
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...