İlqar Abbasov videomüşavirə keçirdi
Şirvan şəhər İcra Hakimiyyətində növbəti videomüşavirə keçirilib. Şirvan şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbbasovun sədrliyi ilə keçirilən videomüşavirədə DTX-nın Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Polis şöbəsinin rəisi Hikmət Quliyev, Şirvan şəhər Xəstəxanası PHŞ-nin direktoru Fərhad Səfərov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Mehdixan Süleymanov və İcra Hakmiyyətinin məsul əməkdaşları, icra nümayəndələri, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri iştirak edib.
Videomüşavirədə çıxış edən İlqar Abbbasov Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarından irəli gələn vəzifələrlə bağlı Prezident Administrasiyasının təşkilatçılığı ilə onlayn mətbuat konfransının keçirildiyini, konfransda adiyyatı dövlət qurumlarının rəhbərlərinə Qaydalardan irəli gələn bir sıra müvafiq tapşırıq və tövsiyələrin verildiyini, yeni tədris ilinə hazırlıqla bağlı tədbirlərin yerlərdə də yerinə yetirilməsinin zəruriliyindən danışıb. Bildirib ki, bu vəzifələrin həyata keçirilməsi istiqmətində Şirvan şəhərində də xeyli işlər görülüb, təhsil müəssisələrində cari təmir işləri aparılıb, müəllim və texniki işçilər testdən keçirilib, bütün təhsil müəssisələrində, məktəb və uşaq bağçalarında xüsusi hazırlığlı mütəxəsislər tərəfindən dezinfeksiya işləri aparılıb, sanitar qovşaqlar, istilik sistemləri yenilənib, dayanıqlı su təchizatı yenilənib, dezinfeksiya edici məhlullar alınıb, uşaq bağçaları və təhsil müəssisələri yeni dərs ilinə tam hazır vəziyyətə gətirilib.
Sonra İlqar Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə koronavirus infeksiyasının (COVİD-19) qarşısının alınması istiqamətində verdiyi tapşırıq və tövsiyələrin, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və tələblərinin yerinə yetirilməsi sahəsində Şirvan şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Operativ Qərargah tərəfindən görülən işlər barədə geniş məlumat verib.
Videomüşavirədə infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən görülən işlər barədə ətraflı məlumatlar verilib. Həyata keçiriləcək profilaktik tədbirlərlə bağlı təkliflər irəli sürülüb. Sonda Şirvan şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov həlli vacib olan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə, məsul əməkdaşlara müvafiq tapşırıq və tövsiyələr verib.
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Aprelin son günü 32° isti olacaq
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...