Nazirdən müəllimlərin işə qəbulu ilə bağlı suallara - Cavab+Video
Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi ilə bağlı qaldırılan bir sıra sualları cavablandırıb.
Nazirin suallara video cavabı nazirliyin “Facebook” səhifəsində yerləşdirilib. E.Əmrullayevin sözlərinə görə, ilkin mərhələdə elan edilmiş vakansiyalar ötən ildə elan edilmiş vakansiyaların sayından çoxdur:
“Bu il ümumilikdə 8322 vakant yer elan edilib ki, bu da ötənilki saydan 1014 yer və ya 14 faiz çoxdur. Eyni zamanda Azərbaycan və rus bölməsi üzrə də elan edilmiş vakansiyalar ötən ildəkilərdən müsbət dinamika ilə fərqlənir, yəni artmışdır.
İxtisaslara gəldikdə isə bəzi ixtisaslarda vakant yerlər artmış, bəzi ixtisaslarda eyni qalmış, bəzilərində isə azalmışdır. Artan ixtisaslar kimya, ingilis dili, riyaziyyat, musiqi, təsviri incəsənət, rus dili, texnologiya və fiziki tərbiyə ixtisaslarıdır. Azalan ixtisaslar ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, fizikadır. İnformatika, tarix coğrafiya, biologiya, fransız dili üzrə eyni sayda vakant yer təqdim edilib.
Bölgələrə gəldikdə isə Bakı,Gəncə, Sabirabad, Lacın, Saatlı, Gədəbəy, İmişli və və digər ərazilərdə vakant yerlərin sayı azalıb. Quba, Beyləqan, Yardımlıda isə yerlərin sayı artıb.
Bir daha vurğulamaq istəyirəm ki, bu mərhələdə vakant yerlərin sayı ilkin mərhələdir, bundan sonra da təhlillər aparılaraq müvafiq qaydada əlavə vacant yerlər də elan ediləcək”.
-
Emin Əmrullayevdən Füzulidə Bilik Günü təbriki - Video
...
-
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - Fotolar
...
-
Bu gün Azərbaycanda Bilik Günüdür
...
-
Yeni rektorlar kimlərdir?
...
-
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı
...
-
Bakıdakı təhsil işçilərinin sentyabr konfransı keçirilir
...
-
Boş qalan yerlərə ixtisas seçimi başlayır
...
-
Ağdam rayon 38 nömrəli tam orta məktəbin 22 məzunu tələbə adını qazanıb
...
-
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələri açıqlanıb
...
-
12 müəllim Şuşa və Füzulidə işləyəcək
...