İctimai nəqliyyatın fəaliyyəti bərpa olundu

06:55 14-09-2020 | icon 2390
İctimai nəqliyyatın fəaliyyəti bərpa olundu

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti yenidən bərpa edilib. 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti qadağan edilmişdi.  

Qeyd edək ki, xüsusi karantin rejimi 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılıb. Bu müddət ərzində həftə sonları ictimai nəqliyyatın fəaliyyəti qadağandır. 


Digər xəbərlər

0.31128787994385