Məktəblər belə fəaliyyət göstərəcək - Video

16:43 14-09-2020 | icon 2558
Məktəblər belə fəaliyyət göstərəcək - Video

Yeni tədris ilindən etibarən  şagirdlərin dərslərdə əyani formada iştirak etmələri üçün  təhsil müəssisələri yeni sanitariya və gigiyena qaydalarını tətbiq edəcəklər. 

Məktəblərə giriş və çıxış zamanı şagird və müəllimlər arasında fiziki məsafənin saxlanılması üçün girişdə xüsusi işarələr qoyulub. Məktəbə daxil olan şagirdlərin təmassız termometr vasitəsilə hərarəti ölçüləcək və hərarəti normadan yüksək olan şagirdlər evə göndəriləcək. 

Məktəbin girişi və çıxışı spirt tərkibli məhlullarla təmin edilib. Şagirdlər məktəbə daxil olarkən onların  müəssisə daxilində sosial məsafə saxlamalarına nəzarət olunacaq. Xəstəlik şübhəsi olan şəxs tibb otağında müayinə ediləcək və karantin otağına yerləşdiriləcək. Zərurət yaranarsa, təcili tibbi yardıma müraciət ediləcək. 

 

Siniflərdə partalar ara məsafəsi ilə yerləşdirilib. Müəllimlər tibbi maskadan istifadə edəcək. Şagirdlərin maskadan istifadəsi isə valideynlərin seçiminə verilir.

Həmçinin yeni qaydalara görə, idman və akt zallarından, kitabxana və yeməkxanalardan istifadə dayandırılır.

 

 


Digər xəbərlər

0.21357202529907