“Qarabağ” bu gün “Molde” ilə qarşılaşacaq

11:21 16-09-2020 | icon 2647
“Qarabağ” bu gün “Molde” ilə qarşılaşacaq

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə qarşılaşacaq.

 Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Kiprdəki “AEK Arena”da stadionunda olacaq.

 

Qitə futbol qurumu qarşılaşmaya hakim-inspektor və UEFA nümayəndəsi kimi kiprliləri təyin edib.

Hakim-inspektor Mixalis Arquru, UEFA nümayəndəsi isə Adonis Prokopyu olacaq. Larnaka şəhərindəki görüşü serbiyalı Srcan Yovanoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.


Digər xəbərlər

0.24162602424622