“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı - Video
Azərbaycan çempionu “Qarabağ” bu gün futbol üzrə UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.
Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi 3-cü təsnifat mərhələsində “Molde” ilə qarşılaşıb.
Kiprdə keçirilən qarşılaşmanın 90 dəqiqəsində hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqədən ibarət əlavə hissələr oynanılıb. Lakin bu müddətdə də qol vurulmayıb. Qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Norveç təmsilçisi növbəti mərhələyə yüksəlib. Ağdam klubu isə mübarizəni Avropa Liqasında davam etdirəcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
16 sentyabr
21:00. Qarabağ – Molde - 0:0 (Penaltilər seriyası - 5:6)
Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Kipr, Larnaka. “AEK Arena”.
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...
-
Bakıda Olimpiya Təsnifat turniri başlayır
...