V qrupun keçid ballarında artım olacaq

08:22 18-09-2020 | icon 2427
V qrupun keçid ballarında artım olacaq

“Bu il ötən illə müqayisədə V qrupa keçid ballarında müəyyən qədər artım olacağı gözlənilir”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev V ixtisas qrupu üzrə ixtisas seçimi ilə əlaqədar keçirilən canlı yayımda deyib. O, qeyd edib ki, V qrup üzrə sənəd verənlərdən 11 489-u abituriyent, 2597-si subbakalavr olub. 46 280 nəfər I-IV qrupla yanaşı, ərizələrində V qrupu da yazıb. Qəbul qaydalarına görə, hər bir abituriyent I və IV qrupu yazanda V qrupu da yaza bilər:

“Qabiliyyət imtahanı tələb edən ixtisaslardan dizayn ixtisası üzrə 210 plan yerinə qarşı 1430 nəfər qeydiyyat keçib. İmtahandan sonra məqbul alanların sayı isə 464 nəfərdir. Dekorativ sənət üçün 434 nəfər qeydiyyatdan keçib, onlardan 259 nəfəri 90 yer üçün məqbul alıb. Burada da bir yerə 3 nəfərə yaxın müsabiqə vəziyyəti var. Qabiliyyət imtahan tələb edən ixtisaslarda plan yerlərinin sayı 1317-dir. 4662 nəfər qeydiyyatdan keçib.

 

Burada bir yerə 3 nəfərdən artıq qeydiyyatdan keçib. Yalnız memarlıq komissiyası üzrə imtahanlar hələ ki, davam edir. Keçirilən imtahan nəticəsində 1337 yerə artıq 1724 nəfər ixtisas seçiminə buraxılıb. Bu onu göstərir ki, bir yerə iki nəfərdən atıq müsabiqə vəziyyəti olacaq”.

N. Əliyev, həmçinin bildirib ki, V qrup üzrə plan yerləri artırılıb. Belə ki, qəbul planında 2019-cu il üzrə V qrupa 3 581 plan yeri ayrılmışdı. Bu il isə plan yeri 3 714 nəfərdir. Bu o deməkdir ki, 133 yer artırılıb.


Digər xəbərlər

0.25130605697632