Məhərrəm Əliyevlə Elçin Quliyev hərbi hissədə - Foto
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.
Səfər çərçivəsində Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarının icra vəziyyəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və yaşayış şəraitlərinə baxış keçirilib , Ermənistanla dövlət sərhədindəki sərhəd-döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşülüb.
“Qazax” əlahiddə sərhəd diviziyasında hərbi tikinti-quruculuq işlərinin gedişatı nəzərdən keçirilib, dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun daha da gücləndirilməsi tədbirlərilə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...
-
İlham Əliyev Vladimir Putinə başsağlığı verdi
...
-
Cevdet Yılmaz Mehriban Əliyevanı təbrik etdi
...
-
Ərdoğandan İlham Əliyevə Novruz təbriki
...
-
Mehriban Əliyevadan ilaxır çərşənbə ilə bağlı paylaşım
...
-
Prezidentin Xankəndidəki çıxışının - Videosu
...
-
Prezident Xankəndi ilə bağlı faktları açıqladı
...
-
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
...