“Azəriqaz”ın baş direktoru və müavinləri qəbul keçirdi - Fotolar
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Gəncə şəhəri, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov Göygöl rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Goranboy rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.
Vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Onlar növbəli şəkildə fikirlərini səsləndiriblər. Müraciətlər zamanı əsasən fərdi şəkildə qaz çəkilişlərinə köməklik göstərilməsi, küçə qaz xətlərinin çəkilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bəzi vətəndaşlar isə bundan öncə keçirilən qəbul zamanı onlara qaz çəkilməsi üçün köməklik göstərildiyinə görə təşəkkür ediblər. Sonda baş direktor R.Əliyev Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyinə qazlaşdırma ilə bağlı məsələlərin hava şəraitinin kəskin soyumasına qədər icra edilməsi barədə tapşırıqlarını verib.
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...
-
Heydər Əliyev Fondu - 20 il!
...
-
Sabah da yağış yağacaq
...