“Qarabağ” “Neftçi”yə qarşı

11:12 20-09-2020 | icon 2526
“Qarabağ” “Neftçi”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq.

Sonuncu oyun günündə də iki görüş baş tutacaq.

Öncə Zirədə bu qəsəbənin eyniadlı komandası “Sabah”ı qəbul edəcək. Tura “Qarabağ” – “Neftçi” matçı ilə yekun vurulacaq.

Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” “Keşlə” ilə heç-heçəyə (0:0) razılaşıb, “Sumqayıt” isə “Səbail”ə 2:1 hesabıyla qalib gəlib.

Azərbaycan Premyer Liqası
3-cü tur
20 sentyabr

Zirə – Sabah
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı.
“Zirə İdman Kompleksinin stadionu”. Saat 18:00.

Qarabağ – Neftçi
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
“Azersun Arena”. Saat 20:15.


Digər xəbərlər

0.24349784851074