Namiq Abdullayev Azərbaycan yığmasının baş məşqçisi oldu
Güləş millilərimizdə yeni təyinatlar baş tutub. Bu barədə Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev məlumat verib.
O bildirib ki, Olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
***
Namiq Abdullayev özü də bu barədə açıqlama verib: “Artıq neçə aydır ki, yığma komanda ilə çalışıram. Həmişə komandanın içində olmuşam. Nailiyyətlərimiz olub. Çətin anda olsa da, AGF hər zaman idmançılara dəstək verib. İdmançılarımız uzun müddət məşqsiz qalsa, formadan düşəcək. Yığma komandanın məşqçilər korpusu ilə görüş olmayıb. Görüşdən sonra rəhbərliklə də müzakirələr aparacağıq. Nəticə əldə etmək üçün çalışacağıq. Həmişə güləşçilərimizin çiyninə yük düşür. Olimpiya Oyunlarında həmişə güləşçilərimiz ümid yeri olub. Qazaxıstanda keçirilən dünya çempionatında Hacı Əliyevə qarşı haqsızlıq oldu. Lakin bunu aradan qaldırmağa çalışdıq və bunu federasiya rəhbəri Namiq Əliyev etdi”.
Abdullayev köməkçiləri barədə də danışıb: “Böyük məşqçi Zəlimxan Süleymanov, köməkçi məşqçi Arif Abdullayevdir. Yəqin ki, orada yeni seçimlər olacaq. Rəhbərliklə bu mübarizələri aparacağıq.
Namiq Əliyev Dağıstanda qalan məşqçilərdən danışıb: “Bir neçə idmançımız və məşqçilərimiz Dağıstanda qalıb. Onlar orada məşq edirlər, məşğul olurlar. Qarşıda ğlkə çempionatı var və həmin idmançılar da məşqçilər də bura qayıtmalıdırlar. Normalda idmançılara istirahət veririk. Məşqçilərlə danışacağıq”.
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...