“Azercell” abunəçilərinə hədiyyə balans qazandırır

23:28 23-09-2020 | icon 5535
“Azercell” abunəçilərinə hədiyyə balans qazandırır

Lider mobil operator “Paylaş-Qazan” proqramını təqdim edir

Ölkənin ən çox seçilən mobil operatoru “Azercell Telekom” MMC daha bir ilkə imza ataraq yerli bazara yeni “Paylaş-Qazan” proqramını gətirir. Regionda bu xidməti ilk təqdim edən “Azercell” “Kabinetim” tətbiqinin imkanlarını növbəti dəfə genişləndirir və abunəçilərinə hədiyyə balans qazanmaq üçün unikal imkan yaradır.

Beləliklə, sentyabrın 18-dən etibarən mobil operatorun abunəçiləri “Kabinetim” tətbiqində “Paylaş” düyməsi vasitəsilə “Azercell”in rəqəmsal xidmətlərini dostlarına tövsiyə edərək bonus balans əldə edirlər. Bunun üçün yeganə şərt isə dostların təklifdən yararlanaraq “Kabinetim”lə gələn bildiriş üzərindən müvafiq xidmətə abunə olmasıdır.

“Azercell” tətbiqlərini paylaşan abunəçilər “BluTv” və “ivi” xidmətlərinə hər bir yeni abunəlik üçün 1 AZN, “Kabinetim” tətbiqinə hər uğurlu tövsiyə üçün 0.10 AZN bonus balans qazanırlar.

Ən əsası isə lider mobil operator bonusların sayını məhdudlaşdırmır. Şirkətin həm fakturalı, həm də fakturasız xətt istifadəçiləri “Azercell” tətbiqlərini gün ərzində məhdudiyyətsiz sayda dostları ilə paylaşıb, bonusları istənilən istiqamətdə istifadə edə bilərlər.

“Azercell”dən “Kabinetim”lə hədiyyə balans qazanmaq fürsətini qaçırma. Dostlarınla faydalı tətbiqləri paylaş ki, balansını “Azercell” artırsın.

Kampaniya haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/referal/ səhifəsinə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz; ölkə ərazisi üzrə əhatə dairəsi: 99,2 faiz (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8 faiz təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-dək bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.


Digər xəbərlər

0.2818169593811