Lökbatan qəsəbəsində növbəti abad məhəllə - Foto
Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Lökbatan qəsəbəsində “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti abad məhəlləyə baxış keçirib.
İstifadəyə verilmiş abad məhəllə Lökbatan qəsəbəsi, Mehman Həsənov küçəsi, 2a, 2, 14 və 1 saylı binaların qarşısında yerləşir. Yeni salınmış abad məhəllənin ərazisinin sahəsi 1.2 ha.dır. Bu ərazidə 3 ədəd 9 mərtəbəli bina yerləşir. Binalarda cəmi 270 ədəd mənzil, 1118 nəfər əhali yaşayır.
Bu ərazidə 4500 m2 asfalt işləri yerinə yetirilib. Əraziyə 1500 m3 qum-çınqıl və torpaq verilmişdir. 716 m2 hörgü, 1600 m2 emulsiya işləri, 1400 m2 suvaq işləri yerinə yetirilib. 198 p/metr beton bordür, 355 p/metr səki daşları, 294 m2 aqlay, 242 m2 tamet döşənib. Burada 4 ədəd kölgəlik, 19 ədəd küçə işığı, 15 ədəd oturacaq quraşdırılıb.
Yeni ərazidə 560 m2 yaşıllıq zolağı salınıb, 50 ədəd zeytun, 10 ədəd kiparis, 600 ədəd gül kolları (oleandr) əkilib. Yaşıllıqlara aqrotexniki qulluğun göstərilməsi üçün 280 p/metr su xətti çəkilib. Çoxmərtəbəli yaşayış binalarında 280 p/metr metal çərçivə və blok girişlərində 44 p/metr pilləkən məhəccəri quraşdırılıb.
Uşaqların istifadəsi üçün 6 ədəd qurğudan ibarət 2 usaq meydançası quraşdırılıb. Abad məhəllənin həyətində 660 u.m yol cizgi xətti çəkilib.
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...