“Bavariya” Avropanın ən güclüsü oldu - Video

07:41 25-09-2020 | icon 1804
“Bavariya” Avropanın ən güclüsü oldu - Video

Futbol üzrə UEFA Super Kubokunun qalibi müəyyənləşib.

Mükafat uğrunda həlledici oyun Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutub.

UEFA Çempionlar Liqasının son qalibi “Bavariya” ilə Avropa Liqasının ən güclüsü “Sevilya” üz-üzə gəlib.

 

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Buna görə də qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə vaxtda daha bir qol vuran “Bavariya” əzmkar qələbə ilə Super Kubokun qalibi adını qazanıb.

UEFA Super Kuboku 24 sentyabr

“Bavariya” – “Sevilya” 2:1

Qol: Qoretska, 34. Martines, 104 – Okampos, 13-pen. Baş hakim: Entoni Teylor (İngiltərə). Budapeşt. “Puşkaş Arena” stadionu.

 


Digər xəbərlər

0.28585505485535