İlk iclasın gündəliyinə 22 məsələ daxil edilib

14:17 25-09-2020 | icon 2923
İlk iclasın gündəliyinə 22 məsələ daxil edilib

Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. 

Iclasın gündəliyinə 22 məsələ daxil edilib. 

 

Gündəlikdə Milli Məclisin 2020-ci il payız sessiyasının qanunvericilik  işləri planı haqqında, Milli Məclisin Hesablayıcı Komissiyasının üzvünün seçilməsi haqqında, “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqqında, Azərbaycanın Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və s. qanun layihələri müzakirə ediləcək.


Digər xəbərlər

0.26451897621155