Sabah 33 dərəcə isti olacaq
Sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 19-21, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 15-19 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...