Komendant saatı elan olunan yerlərdə icazələri bu qurumlar verəcək

10:33 28-09-2020 | icon 2463
Komendant saatı elan olunan yerlərdə icazələri bu qurumlar verəcək

Sentyabrın 28-dən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında saat 21:00-dan 6:00-dək komendant saatı elan olunur və küçəyə çıxmağa qadağa qoyulur. 

Prezident köməkçisi Hikmət Hacıyev məlumat verib ki, sözügedən yerlərdə müvafiq icazələrin alınması ASAN xidmət və Daxili İşlər Nazirliyi vasitəsilə aparılacaq. 

 

İcazələr elektron icazə formatında həyata keçiriləcək.

Qeyd edək ki, sabahdan ölkədə hərbi vəziyyət elan olunur.


Digər xəbərlər

0.24292397499084