"Qarabağ" qrup mərhələsinə vəsiqə uğrunda matça çıxır

13:30 01-10-2020 | icon 2466

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin matçları keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" səfərdə Polşa "Legiya"sı ilə qarşılaşacaq.

 

Varşavadakı "Wojska Polskiego" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Mərhələ 1 oyundan ibarət olduğu üçün cütün qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.

 

 

UEFA Avropa Liqası, pley-off mərhələsi

1 oktyabr

22:00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: Tobias Ştiler, Kristian Qittelmann Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya)

 

Qeyd edək ki, Ağdam klubu "Legiya" səddini aşsa, ardıcıl 7-ci dəfə avrokubokların qruplarında mübarizə aparacaq. Avropa Liqasında qrup mərhələsinin püşkü oktyabrın 2-də atılacaq.


Digər xəbərlər

0.38403487205505