“Qarabağ” 7-ci dəfə qrupda
Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununa çıxıb.
Çempionlar Liqasında mübarizəni dayandıran Qurban Qurbanovun çalışdırdığı kollektiv Avropa Liqasında mübarizəyə pley-offdan başlayıb.
Ağdam təmsilçisi bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaq üçün Polşanın “Legiya” klubu ilə üz-üzə gəlib. Varşavada keçirilən oyunda 3:0 hesablı qələbə qazanan "Qarabağ" qrup mərhələsinə adlayıb.
Avropa Liqası
Pley-off
1 oktyabr
Legiya – Qarabağ 0:3
Hakimlər: Tobias Stieler, Kristian Qittelmann, Rafael Foltin, Daniel Şlager (hamısı Almaniya).
Varşava. Ordu stadionu.
Legiya: 1. Artur Boruts, 2. Yosip Yuranoviç, 5. İqor Levçuk, 7. Domaqoy Antoliç, 9. Tomaş Pekhart, 11. Xoel Valensiya, 21. Rafael Lopes, 25. Filip Mladenoviç, 55. Artur Endjeyçik (k), 67. Bartoş Kapustka, 99. Bartoş Sliş.
Ehtiyat oyunçular: 33. Radoslav Çejnyak, 4. Mateuş Veteska, 8. Valerian Qviliya, 14. Mixal Karbovnik, 22. Pavel Vşolek, 39. Matsey Rosolek, 82. Lukinyas.
Baş məşqçi: Çeslav Mixneviç.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.
***
Matç başladı
***
"Qarabağ" 50-ci dəqiqədə Patrik Andradenin qolu ilə hesabı açır
***
"Qarabağ" 62-ci dəqiqədə Abdullah Zubirlə ikinci qolu vurur
***
Filip Ozobiç 70-ci dəqiqədə 3-cü qolu vurur
***
Matç başa çatdı. "Qarabağ" 7-ci dəfə avrokubokların qrup mərhələsində
-
Elvin Məmmədov: "Federasiyadaki dəyişikliyin futbolumuzda yeni səhifə açacağını düşünürəm"
...
-
Bakı kənd və qəsəbələri arasında minifutbol turniri: II tur başa çatıb - FOTO
...
-
Azərbaycanın 6-cı sərbəst güləşçisi olimpiadaya lisenziya əldə edib
...
-
“Qarabağ” – “Səbail” matçında 6 qol - Video
...
-
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
...
-
Azərbaycan və Gürcüstan Qolf Federasiyaları birgə əməkdaşlıq qurur - Memorandum imzalanıb
...
-
“Neftçi” İdman Klubunun Amputant futbol komandası qələbə qazanıb
...
-
“Qaradağ Lökbatan”dan önəmli səfər qələbəsi
...
-
Millimiz Tailandda ikinci oldu
...
-
UEFA Azərbaycanın 11 klubuna ödəniş etdi
...