Milli Məclisdə Madagizin adının dəyişdirilməsi müzakirə olunacaq

16:20 05-10-2020 | icon 3138
Milli Məclisdə Madagizin adının dəyişdirilməsi müzakirə olunacaq

Milli Məclisin sabah keçiriləcək plenar iclasında “Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirə ediləcək.

Bundan başqa iclasın gündəliyinə daha 17 məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022), “Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Təhsil haqqında” qanun və.s məsələlərdir. 


Digər xəbərlər

0.28805017471313