Qarabağda döyüşlər zamanı 53 mülki şəxs həlak olub - BMT

09:04 10-10-2020 | icon 1809
Qarabağda döyüşlər zamanı 53 mülki şəxs həlak olub - BMT

Dağlıq Qarabağ Münaqişə zonasında 27 sentyabrdan etibarən davam edən döyüşlər nəticəsində ən azı 53 mülki şəxs həlak olub.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı açıqlama yayıb.

 

Bildirilib ki, müxtəlif mənbələrdən alınan təsdiqlənməmiş məlumatlara görə, 27 sentyabr - 8 oktyabr tarixləri arasında hərbi əməliyyatlar zamanı uşaqlar da daxil olmaqla təxminən 53 mülki şəxs həlak olub.

Evlər, məktəblər və digər mülki obyektlər daxil olmaqla çox sayda binanın məhv edildiyi qeyd olunub.


Digər xəbərlər

0.2754499912262