XİN rəhbərlərinin Moskva görüşü başa çatdı

09:10 10-10-2020 | icon 5328
XİN rəhbərlərinin Moskva görüşü başa çatdı

Hazırda Moskvada Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasında görüş keçirilir.

Iclas Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə keçirilir.

***

"TASS" xəbər verir ki, qapalı keçirilən görüşdə protokol çəkilişi zamanı yalnız şəxsi fotoqraflar və operatorlar iştirak ediblər. Azərbaycan və Ermənistan xarici işlər nazirləri üz-üzə oturur, rus nazir isə mərkəzdə əyləşib. Görüşdən sonra nazirlərin mətbuat konfransı keçirəcəyi gözlənilir. 

***

10 saatdan artıq davam edən görüş bu dəqiqələrdə başa çatıb.  

Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Moskvada məsləhətləşmələrin yekunlarına dair birgə sənəd qəbul ediblər.

 


Digər xəbərlər

0.26970410346985