Millimiz Monteneqroya qarşı

09:11 10-10-2020 | icon 2412
Millimiz Monteneqroya qarşı

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Canni De Byazinin rəhbərlik etdiyi yığmamız 3-cü tur çərçivəsində səfərdə Monteneqro ilə üz-üzə gələcək. C liqasının 1-ci qrupunda mübarizə aparan millimiz liderlə qarşılaşmada 1-ci pilləyə yüksəlmək üçün çalışacaq. 


Xatırladaq ki, millimiz ilk turda Lüksemburqa evdə 1:2 hesabıyla məğlub olub, Kiprə isə səfərdə qalib gəlib – 1:0. Monteneqro isə səfərdə Kirpi 2:0, Lüksemburqu 1:0 hesabıyla üstələyib.


Yığmamızın qrupunda bu gün həm də Lüksemburq Kipri qəbul edəcək.


UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup

10 otkyabr


17:00. Monteneqro – Azərbaycan
Baş hakim: Rikardo Benqoeçea (İspaniya).
Podqoritsa. Şəhər stadionu.

1. Monteneqro - 6
2. Lüksemburq - 3
3. Azərbaycan - 3
4. Kipr - 0


Digər xəbərlər

0.28143501281738