“Gəncənin bombalanması Azərbaycana əks-hücum üçün hüquqi əsas verir!”
“Gəncənin bombalanması Azərbaycana əks-hücum əməliyyatını davam etdirməsi üçün hüquqi əsas verir”.
Bu sözləri deputat Nurlan Həsənov deyib. O bildirib ki, Moskva danışıqlarından sonra Ermənistanın Gəncə başda olmaqla, Azərbaycanın böyük şəhərlərini, sivil insanları hədəf alan raket hücumu etməsi qəbuledilməzdir və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
“Hərkəsə məlumdur ki, Ermənistan bu cəsarəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu üçün Rusiyadan alır. Lakin Ermənistan unutmamalıdır ki, Ermənistan bu dəstəyi yalnız hücuma məruz qalsa, ala bilər. Əgər Ermənistan başqa dövlətə ilk öncə hücum edərsə - artıq Gəncəyə raket hücumu edilib - o zaman KTMT Ermənistana dəstək verməyə borclu deyil. Gəncənin bombalanması çox baha-başa gələcək Ermənistana. Əminəm ki, ordumuz başda Xankəndi olmaqla, işğalçının bütün hərbi hədəflərinə lazımi zərbələri endirir.
Ermənistan ərazisindən Gəncə şəhərinə raket hücumu BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan silahlı hücum anlayışını özündə ehtiva edir və Azərbaycan üçün individual və ya kollektiv qaydada özünü müdafiə hüququ yaradır. Eyni zamanda Azərbaycan Haaqa Konvensiyasının 40-cı maddəsinə istinad etməklə, atəşkəsin pozulması səbəbindən əks-hərbi hücum əməliyyatlarını davam etdirə bilər”.
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...