“Ermənistan humanitar atəşkəslə bağlı razılaşmaya hörmət etmir” - Elçin Əmirbəyov
"Ermənistan humanitar atəşkəslə bağlı Moskvada əldə olunmuş razılaşmaya hörmət etmir".
Bunu Fransanın “L’Opinion” qəzetinə müsahibəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi səfir Elçin Əmirbəyov bildirib.
Elçin Əmirbəyov qeyd edib ki, cümə günü Moskvada imzalanan humanitar atəşkəs razılaşmasından sonra da vəziyyət dəyişməz olaraq qalır: “Moskva görüşündən əvvəl vəziyyət necə idisə, elə də davam edir. Üstəlik, bazar gününə keçən gecə daha intensiv hal alıb. Ermənistandan atılan ballistik raketlər Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə düşüb, nəticədə 9 nəfər həyatını itirib və 34 nəfər yaralanıb. Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyası da hədəfə alınıb”, - deyə E.Əmirbəyov qeyd edib.
Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Azərbaycan ərazisi separatçıların qruplaşdığı Dağlıq Qarabağ bölgəsindən deyil, Ermənistandan - Vardenis bölgəsi və Sevan gölünün cənub-şərqindən raket atəşinə tutulur: “Bu, bir tələdir. Çünki Ermənistanın Rusiya ilə müdafiə sazişi Dağlıq Qarabağ üçün keçərli deyil. Azərbaycanın Ermənistan ərazisinə cavab zərbələri isə hadisələrin gedişatını dəyişə bilər”.
-
İlham Əliyev Gəncəyə səfər edib - Fotolar
...
-
Prezident Hacıqabulda olub - FOTO
...
-
Prezident xalqı təbrik etdi
...
-
“Bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil”
...
-
“Ermənistana hücum etmək niyyətində olduğumuz ittihamı əsassızdır” - Prezident
...
-
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi
...
-
Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var
...
-
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
...
-
“DTX 100-ə yaxın xüsusi xidmət orqanı ilə əməkdaşlıq edir”
...
-
İlham Əliyev Putinə zəng etdi
...