Güləş üzrə dünya çempionatı ilə bağlı qərar verildi
Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib. Büro dekabrın 12-dən 20-dək Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatının planını təsdiqləyib.
Qeyd olunub ki, UWW üzvlərinin 70 faizindən çoxu mundialda iştirak edəcəyini bildirib. Bu isə dünya çempionatını keçirməyə imkan verir. Ancaq Büro qarşıdakı 1 ayda koronavirus pandemiyası ilə bağlı müşahidələr aparacaq və son qərarını noyabrın 6-da verəcək.
UWW-nin prezidenti Nenad Laloviç bunları deyib: "Güləşin dekabrda geri qayıtmasına nikbin baxırıq. Bizim üçün ən önəmlisi idmançıların, məşqçilərin və əməkdaşlarımızın təhlükəsizliyidir və Belqradda bunun üçün tələb olan bütün təhlükəsizlik tədbirlərinə riayət ediləcək".
Onu da nəzərinizə çatdıraq ki, baş tutan iclasın yekununda gənclərin dünya çempionatının ləğv olunmasına qərar verilib. Xatırladaq ki, daha öncə gənclərin analoji yarışının dekabrın əvvəllərində Belqradda keçirilməsi planlaşdırılırdı. Ancaq üzv ölkələrin əksəriyyəti bu yarışda iştirakını təsdiqləmədiyi üçün gənclərin dünya çempionatı bu il keçirilməyəcək.
-
3x3 qadın millimiz "Paris-2024" Olimpiadasında - Tarixi uğur
...
-
Gəncə MDB-nin idman paytaxtı olacaq
...
-
Qadın millimizdən "Paris-2024" yolunda uğurlu start
...
-
Dadaş Dadaşbəyli Dünya Kubokunda 3 gümüş medal qazanıb
...
-
Gəncə şəhər stadionunun təməli qoyuldu - Fotolar
...
-
Avropa çempionatında möhtəşəm nəticə
...
-
"Komandama güvənirəm"
...
-
Maqsud Adıgözəlovun “uğur hekayəsi”nin arxasında kim dayanır?
...
-
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlandı
...
-
Qadın millimiz Paris Olimpiadası üçün bu komandalarla oynayacaq
...