İlham Əliyev Xudafərindən video paylaşdı

01:29 19-10-2020 | icon 4251
İlham Əliyev Xudafərindən video paylaşdı

Prezident İlham Əliyev öz tvitter hesabında Xudafərin körpüsündən video paylaşıb. 

Videoda görünür ki, əsgər Xudafərin körpüsündəki qələbə münasibətilə Ali Baş Komandana raport verərək deyib:

“Möhtərəm Cənab Prezident

 

Cənab Ali Baş Komandan,

Əmrinizə uyğun olaraq məruzə edirəm ki, Xudafərin körpüsü və ərazisi işğaldan azad edilmişdir.

Hazırda Azərbaycan bayrağı burada dalğalanmaqdadır. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”

Prezident videoya “Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”, - şərhini verib.

 

 

Digər xəbərlər

0.22592496871948