“Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günündə “Nar” cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlara növbəti dəfə dəstək olub.
Cəbhə xətti ilə sərhəddə olan sakinlərə qələbə ruhunu daha da yüksəltmək üçün üçrəngli bayrağımız, rahat ünsiyyət qura bilmələri üçün minlərlə “Nar” ödəmə kartları və digər ləvazimatlar paylanılıb. Eyni zamanda düşmən atəşi nəticəsində evləri dağılmış və müvəqqəti sığınacaqlarda yerləşdirilmiş insanlara qış geyim dəsti təqdim edilib.
Qeyd edək ki, “Nar” bundan öncə də cəbhəyanı ərazilərdə olan bütün abunəçilərinin balansına 100 ölkədaxili dəqiqə və 100 SMS yükləyib. Mobil operator torpaqların azad edilməsi uğrunda hərbi əməliyyatların getdiyi bir dövrdə bu cür sosial əhəmiyyətli layihələri həyata keçirməyi özünün öhdəliyi bilir.
Rəşadətli Azərbaycan Ordusunun gücü və şücaəti sayəsində işğal altında olan torpaqlarımızın azad ediləcəyinə əminik! Qələbə bizimdir!
-
Qaz kartının balansını Yelo App vasitəsilə artır
...
-
İndi jest dilini öyrənmək daha rahat oldu - Ünsiyyət hər kəs üçün
...
-
Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir
...
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...