Azercell-dən koronavirusla savaşan tibb işçilərinə dəstək davam edir
700-ə yaxın səhiyyə işçisinə daha 2 ay müddətində 50 azn hədiyyə balans yüklənəcək.
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus infeksiyası (COVİD-19) ilə mübarizədə sosial məsuliyyət tədbirlərini davam etdirir. Şirkət COVID-19-la mübarizədə xalqımızın sağlamlığının keşiyində dayanan 700-ə yaxın tibb işçisinin balansına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə daha 2 ay ərzində hədiyyə balans yükləyəcək. Bu dəfə yüklənəcək vəsait 50 azn təşkil edir. Həkimlərin siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təqdim olunub. Hədiyyə olunan məbləğ müasir mobil rabitənin təmin etdiyi bütün xidmətlər (şəbəkədaxili/şəbəkəxarici/ölkəxarici zənglər, SMS, mobil internet) üçün istifadə oluna bilər.
Qeyd edək ki, Azercell COVID-19 pandemiyası ilə mübarizədə infeksiyanın yayıldığı ilk gündən etibarən həkimlərə dəstək olur. Şirkət tibb işçilərinin mobil telefon nömrələrinə mart ayında 50 azn, iyul, avqust, sentyabr ayları boyu hər ay 30 azn hədiyyə balans təqdim edib.
Xatırladaq ki, “Azercell Telekom” MMC COVID-19 pandemiyası müddətində vətəndaşlara həm telekommunikasiya dəstəyi göstərib, həm də korporativ sosial məsuliyyət strategiyası çərçivəsində bir çox layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.
-
“Yelo Bank” mikrosahibkarlar üçün bahar kampaniyasını başladır
...
-
“Nar”ın satış və xidmət şəbəkəsi artıq Şamaxıda!
...
-
Yelo kart ilə daha çox cashback qazanmağa hazır ol!
...
-
Rövşən Nəcəfə yeni müşaviri təyin edildi
...
-
Nazirlik taksilərlə bağlı məlumat yaydı
...
-
İllik 9.5% ilə nağd kredit üçün son 3 gün
...
-
Azərbaycanda ən populyar avtomobillərin reytinqi tərtib edilib
...
-
“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!
...
-
Bakıda yeni hava limanı tikilir - Video
...
-
“Nar” sərfəli mobil operator mövqeyini qoruyur
...