“Qarabağ”ın ev oyunları Azərbaycanda keçirilməyəcək - Rəsmi
Futbol üzrə Azərbaycan milli komandasının və Avropa Liqasındakı təmsilçimiz “Qarabağ”ın ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə UEFA tərəfindən qərar qəbul olunub.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qərarda bunlar qeyd olunub:
"Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alan UEFA İcraiyyə Komitəsi bu gün klub və milli komandalar səviyyəsindəki oyunların növbəti qərar qəbul edilən dövrə qədər Azərbaycan və Ermənistanda keçirilməməsinə qərar verib.
Sentyabr ayının sonlarında başlayan bu vəziyyətin inkişafını diqqətlə izlədikdən sonra bir Avropa Liqası pley-off oyunu və iki UEFA Millətlər Liqası matçının alternativ ölkədə keçirilməsinə qərar verilib. Çünki hazırda bu ölkələrdə UEFA yarışlarının keçirilməsi şərtləri yerinə yetirilmir.
Ermənistan Futbol Federasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından UEFA bayrağı altında keçiriləcək növbəti ev oyunları üçün alternativ məkanlar təklif etməsi istəniləcək. Bölgədəki vəziyyət izləniləcək. UEFA İcraiyyə Komitəsinin bu gün verdiyi qərar gələn ilin iyun ayında AÇ-2020 matçlarının Bakıda keçirilməsi üçün davam edən planlaşdırmaya təsir göstərmir".
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında ilk ev oyununu oktyabrın 29-da Tofiq Bəhramov adına Respublika stadionunda İspaniya “Vilyarreal”ına qarşı keçirməli idi. Azərbaycan millisi isə oktyabrın 13-də Kipri Albaniyada qəbul etməli olub. Növbəti ev oyunu noyabrın 14-də Bakı Olimpiya Stadionunda nəzərdə tutulmuşdu.
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...