“Nar”dan Gəncə sakinlərinə ödənişsiz danışıq dəqiqələri

09:01 24-10-2020 | icon 2919
“Nar”dan Gəncə sakinlərinə ödənişsiz danışıq dəqiqələri

“Nar” Gəncədə yaşayan abunəçilərini ödənişsiz danışıq dəqiqələri ilə təmin edib.

Doğmaları ilə rahatlıqla ünsiyyət qura bilmələri üçün Gəncədə yaşayan bütün “Nar” abunəçilərinin balansına mobil operator tərəfindən 100 ölkədaxili dəqiqə və 100 SMS yüklənilib.

 

Qeyd edək ki, mobil operator bundan öncə də cəbhəyanı ərazilərdə olan istifadəçilərinə dəstək olmaq və onların ruh yüksəkliyinə töhfə vermək məqsədilə, Milli Müstəqillik Günündə minlərlə “Nar” ödəmə kartlarının və Azərbaycan bayraqlarının paylanılmasını təşkil edib. Eyni zamanda cəbhəyanı rayonlarda yaşayan abunəçilərin balansına “Nar” tərəfindən 100 ölkədaxili dəqiqə və 100 SMS yüklənilib.

“Nar” bundan sonra da sosial öhdəliyinə sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda davam edən hərbi əməliyyatlar dövründə zərərçəkmiş əhaliyə dəstəyini davam etdirəcək. 

 

 

Digər xəbərlər

0.25496220588684