Gəncədəki qətliamda yaralanan Artur 7 gün sonra vəfat etdi

07:51 25-10-2020 | icon 2106
Gəncədəki qətliamda yaralanan Artur 7 gün sonra vəfat etdi

Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət alan şəxslərdən biri vəfat edib.

 

Bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd olunur ki, 17.10.2020-ci il tarixdə düşmən tərəfindən Gəncə şəhərinə raket atılması nəticəsində xəsarət almış  Rusiya Federasiyasının vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün, stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.

 


Digər xəbərlər

0.25292491912842