Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcək

03:05 29-10-2020 | icon 2126
Gələn ay da həftəsonları ictimai nəqliyyat işləməyəcək

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Nazirlər Kabinetinin qərarına əsasən aşağıda qeyd olunan tarixlərdə ictimai nəqliyyat işləməyəcək:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

 

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.


Digər xəbərlər

0.28868198394775