Ərdoğanla İmran Xan arasında telefon danışığı olub

08:02 01-11-2020 | icon 2425
Ərdoğanla İmran Xan arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş Naziri İmran Xan arasında telefon danışığı olub. Bu barədə “Ahaber” xəbər verib.

Məlumata görə, Pakistanın Baş Naziri İzmirdə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə Prezidentinə zəng edib, başsağlığı və həmrəylik mesajlarını çatdırıb.

 

Ərdoğan İmran Xana təşəkkürünü bildirib və ötən həftə Peşavarda törədilmiş terror aktı ilə əlaqədar bir daha ona başsağlığı verib.


Digər xəbərlər

0.28381896018982