Şuşaya qayıdış... - Bu dəfə Ali Baş Komandan kimi
Azərbaycan tarixində böyük gündür. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsini rəsmən açıqlamasından sonra respublikanın hər yerində bayram ab-havası yaşanır.
İndi şuşalılar 28 ildən sonra doğma yurduna qayıdacağı günü səbirsizliklə gözləyir. İlham Əliyev isə bu dəfə Şuşaya Ali Baş Komandan kimi gedəcək.
Dövlət başçısının bundan öncə Şuşaya səfəri 1982-ci ilə təsadüf edib.
Belə ki, həmin vaxt Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak edib. Təqdim etdiyimiz şəkil də tədbir ərəfəsində Şuşa şəhərinin gəzintisi zamanı lentə alınıb.
Tarixi gündə hazırkı Prezident İlham Əliyev də iştirak edib. Həmin dövrdə İlham Əliyevin 21 yaşı olub.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Şuşanın işğaldan azad olunduğu xəbərini verərkən "Mən xoşbəxt adamam ki, atamın vəsiyyətini yerinə yetirdim. Şuşa işğaldan azad olundu" fikirlərini səsləndirib.
Fotonu rənglədi: Rəsul Həsən
-
Prezidentlər Cıdır düzündə - Fotolar
...
-
Prezidentlər Şuşada - Fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu - Foto
...
-
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi - Siyahı
...
-
Lukaşenko Azərbaycana gəldi
...
-
Prezidentdən Qlobal Dialoq Forumunun iştirakçılarına müraciət
...
-
Prezidentin festivaldakı çıxışının - Videosu
...
-
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü
...
-
Prezident Füzulidə açılış etdi - Fotolar
...
-
Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar
...