Erməni tərəfi Şuşanın azad edildiyini etiraf etdi!
Özünü qondarma “Dağlıq Qarabağ respublikasının“ prezidenti kimi təqdim edən Araik Arutyunyanın feysbuk hesabından edilən paylaşımda Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyi etiraf olunub.
Həmin hesabdan edilən paylaşımda qeyd edilib ki, guya qondarma "prezident" Xankəndidəki əsgərləri ziyarət edib. Bildirilib ki, artıq Azərbaycan Ordusu Şuşadan Xankəndiyə hücum atəşləri edir. Bununla da Araik Arutyunyanın adından idarə edilən səhifədə ermənilərə Şuşanın Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad edildiyi elan edilib.
Paylaşımda daha sonra bildirilib ki, Xankəndidə döyüşən İkinci Dünya Müharibəsinin veteranları ilə görüş keçirilib.
Bununla da "saxta prezident"in səhifəsində eyni zamanda Ermənistan ordusunun darmadağın edildiyi və döyüşmək üçün canlı qüvvə baxımından çatışmazlıq yarandığı da etiraf edilib. Düşmən tərəfi Xankəndinin işğalda saxlanılması üçün 80 yaşlı veteranların ümidinə qalıb.
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
...
-
Birinci xanımların görüşü oldu - Video
...
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...