Dünya Azərbaycan əsgərinin Şuşadakı döyüşündən danışır
Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi, qədim Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq və şücaət xarici mətbuatda da gündəm olub.
Bir çox xarici hərbi ekspertlər mühüm hərbi strateji önəmə sahib Şuşa şəhərinin Azərbaycan ordusunun xüsusi təyinatlıları tərəfindən hərbi texnikasız və demək olar ki əlbəyaxa döyüşlə alınması haqqında fikirləri bu döyüşün hərb tarixində müstəsna yer tutacağını göstərir.
Şuşa praktik olaraq əlbəyaxa döyüşlərdə, heç bir pilotsuz uçuş aparatı və ya müasir texnologiya olmadan azad edilib.
Fransız Le Monde qəzetinin Xankəndidəki müxbirlərinin verdiyi məlumata görə, şəhərə gətirilən yaralılar əsasən tapança gülləsi və bıçaq xəsarətləri alıb. Bu o deməkdir ki, şəhər demək olar ki, əlbəyaxa döyüşlərlə azad olunub. Yəni döyüşlərdə dağ xüsusi təyinatlıları iştirak edib. Üstəlik, azərbaycanlılar yaralıları və ölənləri döyüş meydanında qoymayıb, hücum zamanı dağa qalxarkən onları da qalaya daşıyıb.
Dağlıq Qarabağdakı döyüş əməliyyatlarını izləyən tanınmış ukraynalı hərbi ekspert Aleksey Arestoviç özünün feysbuk səhifəsində Azərbaycanın Şuşa şəhərini erməni işğalından azad etməsi ilə əlaqədar yazıb:
"Azərbaycan Qarabağın qədim paytaxtı, böyük simvolik əhəmiyyətə malik Şuşa şəhərini geri qaytardı. İsraillilər kimi, azərbaycanlılar üçün də bu hadisə 1967-ci ildə Qərbi Divarına çıxmaq, vətənə qayıtmaq, tarixə qayıtmaqdır.
Piyada döyüşü ilə, daşınabilən sursatla, duman içində, əlverişsiz hava şəraitində dağlardan keçərək. Bu da "hər şey pilotsuz təyyarələrlə edildi" deyənlər üçün".
Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan Ordusunun gücünü Fransanın “Figaro” qəzetinə müsahibəsində "Ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir" fikri ilə bəyan etmişdi.
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...
-
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldular - Fotolar
...