Bu saxta saytla bağlı araşdırmalara başlanıldı
"Döyüş meydanında Azərbaycan Ordusu qarşısında məğlub olan düşmən sosial media və digər rəqəmsal platformalarda müxtəlif saxta səhifələr, o cümlədən saytlar yaradıb cəbhəboyu zonadakı vəziyyət, xüsusilə də hərbi-siyasi və əməliyyat şəraiti, hərbi texnika və onun hərəkəti haqqında, eləcə də silah-sursat barədə saxta xəbərlər ictimailəşdirməklə vətəndaşlarımızda çaşqınlıq yaratmağa cəhd edir".
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir:
"Azərbaycan Ordusunun uğurlarının Ermənistan əhalisindən gizlədilməsinə, vətəndaşlarımızda təşviş yaratmağa yönələn bu cəhdlər ifşa olunmaqdadır. Ermənistan tərəfindən həyata keçirilmiş növbəti təxribatlardan biri də “hamimiz.com” adlı saxta saytın yaradılmasıdır. Həmin “fake” saytda guya şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların siyahısına mülki şəxslərin,o cümlədən qadınların da adları daxil edilib.
Bununla da, qeyd olunan saytın düşmənin maraqlarına xidmət etməsi,əhalimiz arasında təşviş yaratmaq məqsədi daşıması müəyyən edilmişdir. Hər kəsi vətəndaş məsuliyyətini dərindən dərk etməyə, ayıq-sayıq olmağa, bu kimi saxta saytlarda və digər informasiya daşıyıcılarında olan təxribat xarakterli məlumatlara inanmamağa çağırır, şübhəli hər hansı saxta platforma ilə qarşılaşan zaman hüquq-mühafizə orqanlarına dərhal məlumat verilməsi xahiş olunur.
Hazırda qeyd edilən saxta saytla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb".
-
Bu separatçıları da DTX saxlayıb - Onlar kimlərdir?
...
-
David Babayan da həbs olundu - Rəsmi
...
-
Daha bir separatçı həbs edildi - DTX video yaydı
...
-
DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi
...
-
DTX Vardanyanın ittiham olunduğu maddələri açıqladı
...
-
Mina partlayışlarının baş verdiyi yerdən - Dəhşətli fotolar
...
-
DTX gizlin pul köçürmələri edən şəbəkəni ifşa etdi
...
-
“İşdə ailə sirri ilə bağlı sənədlər var”
...
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...