Bakıda polis komendant saatını pozan şəxsləri atəş açaraq saxladı - Video
Bakıda komendant saatı rejiminə nəzarət edilən postda polisin "saxla!" əmrinə tabe olmayaraq hadisə yerindən qaçan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, noyabrın 12-si təxminən saat 02:30 radələrində "Koroğlu" metrostansiyasının yaxınlığında quraşdırılan və komendant saatının tətbiqinə nəzarət edən posta yaxınlaşan şəxs yoxlanış üçün polisin "saxla!" əmrinə tabe olmayaraq hadisə yerindən uzaqlaşıb:
""BMW" markalı avtomobil posta yaxınlaşarkən polis əməkdaşları yoxlanış məqsədilə "Saxla!" göstərişi veriblər, lakin sürücü yüksək sürətlə postdan keçərək tabesizlik göstərib. Polis əməkdaşları avtomobilin ardınca düşərək bir neçə dəfə "saxla!" əmri versə də, sürücü tabe olmayıb. Sonda polis əməkdaşları onu saxlamaları üçün məcburedici tədbir olaraq avtomobilin təkərinə atəş açıb və avtomobil saxladılıb".
İlkin məlumata əsasən, avtomobildə olan şəxslər narkotik vasitənin təsiri altında olublar.
-
Azərbaycana uçuş aparatı ilə narkotik keçirdi, həbs edildi - Video
...
-
TikTokda “kreditə qızıl satılır” adı altında 150-dən çox şəxsi aldadıblar - Video
...
-
DTX saxta sənəd hazırlayan şəxsi həbs etdi
...
-
Rəşad şikayət hüququndan istifadə etmədi, “zona” köçürülür
...
-
İlkinin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
...
-
DİN-dən polisin kuriyeri tutacağı ilə bağlı iddialara cavab
...
-
DTX xüsusi əməliyyat keçirdi - Video
...
-
Sumqayıtda arvad ərini öldürüb təslim oldu
...
-
Polis Sabirabadda əməliyyat keçirdi - Saxlanılanlar var
...
-
Bakıda 3 min manata “Makarov” satmaq istəyən şəxs saxlanılıb
...