Lüksemburq Azərbaycanla oyun üçün dron uçuşlarını qadağan etdi
Lüksemburq hökuməti millinin UEFA Millətlər Liqasında Azərbaycanla keçiriləcək ev oyununda dronların istifadəsini qadağan edib.
Dövlət orqanları yaşana biləcək mümkün təxribatın qarşısını almaq üçün bu addımı atıb. İkinci Qarabağ müharibəsinin yeni bitdiyini qeyd edən mənbə bildirib ki, oyunun keçiriləcəyi “Jozi Bartel” stadionunun üzərində dronların uçuşu qadağan edilib. Bu qadağanı pozan şəxslər 8 gündən bir ilə qədər həbs və ya 12-248 avro arası pul cəzası alacaq.
Keçən il Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 3-də bu stadionda keçirilən “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçıları tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatı meydanın mərkəzinə doğru yönəldilmişdi.
Lüksemburq – Azərbaycan oyunu noyabrın 17-də keçiriləcək.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...