Dörd polis şöbəsi işğaldan azad edilən rayonlara köçürüldü
Daxili İşlər Nazirliyinin daha 4 rayon polis şöbəsi işğaldan azad edilən ərazilərə köçürülüb.
Artıq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı Rayon Polis Şöbələri komendantlıq vəzifəsini icra etmək üçün işğaldan azad edilən həmin rayonlara köçürülüb.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq işğaldan azad edilən rayonların polis şöbə rəisləri həmin rayonlar üzrə müvəqqəti komendant təyin ediliblər. Müvəqqəti komendantlar hər rayon üzrə xüsusi idarəetməni həyata keçirirlər. Həmin ərazilərdə müvəqqəti xüsusi idarəetmə zamanı Daxili Qoşunların yüksək rütbəli zabitləri isə komendanta müavin təyin edilirlər. Hazırda RPŞ əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları birgə xidmət aparılar.
DİN Mətbuat Xidmətindən "Qafqazinfo"ya məlumatı təsdiqləyiblər.
-
İlham Əliyevin forum iştirakçıları ilə səmimi söhbəti - Video
...
-
Prezident quru sərhədlərin bağlı qalmasının səbəbini açıqladı
...
-
Prezident COP29-la bağlı forumda iştirak edib - Video
...
-
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
...
-
İlham Əliyevlə Putinin BAM veteranları ilə görüşünün - Tam mətni
...
-
Prezident Rusiyadadır - Foto
...
-
Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
...
-
İlham Əliyev 4 kəndi qaytardı
...
-
Əliyevlə Putin Moskvada görüşəcək
...
-
Prezidentdən Şuşa ilə bağlı - Sərəncam
...