Günün ulduz falı: 14 noyabr, 2020 - bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - yaşam potensialının səviyyəsi yüksək olmasa da, aktiv və qətiyyətli olun. Xoşagəlməz situasiyanın yaranmasının qarşısını almaq istəyirsinizsə, ehtiyatlı davranın, sözlərinizdə səlis olun.
Buğa - Səfərə və ya səyahətə yollanmayın. Səfər nəzərdə tutulan vaxtdan uzun, nəticələri isə münasib olmayacaq. Əmlakınızı qoruyun.
Əkizlər - su və alov riskli vəziyyət yarada bilər. Mənfi təmayüllərin təsiri azaltmaq üçün ünsiyyətdə səmimi və gülərüz olun. Qaraqabaqlıq etməyin.
Xərçəng - işgüzar müstəvidə çətinliklər ola bilər. Gəlirli sifvarişi əldən buraxmayın, ciddi maliyyə itkilərinə səbəb olacaq addımlar atmayın.
Şir - işdəki münasibətlərdə sərinlik yarana bilər. Saymazyana və yekəxana davranaraq sizə sataşan insanın tərbiyəsizliyini cavabsız qoymayın.
Qız - alınan məlumatı təhlil edin. Situasiyanı dəqiq qiymətləndirmək üçün baş verənləri anlamağa çalışın. Şəxsi münasibətlərdə vəziyyət pis deyil.
Tərəzi - önəmli problemlər yaranmır. Kiçik çətinlikləri asanlıqla dəf edə bilərsiniz. Dəyər verdiyiniz insandan gələn xəbər əhvalınızı yaxşılaşdıracaq. Axşam saatlarında istirahət edin.
Əqrəb - əsl hissləri və dostluğu heç nəyə məsul etməyən boş tanışlıqdan ayırın. Ətrafınızdakı insanlarla münasibətləri nizamlayın, emosiyalarınızda qayda yaradın. Axşam saatlarında yeni tanışlıq istisna deyil.
Oxatan - səbrli olun, təmkinli davranın. Hadisələrin mövcud axarına süni müdaxilələrin nəticələrini əvvəlcədən təxminləməyə çalışın. İşdə tənbəllik etməyin. Bu gün istirahət və əyləncə zamanı deyil.
Oğlaq - bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin. İşdə rəhbərliklə təmaslarda problem olmayacaq. Qeyri-adi layihəni reallaşdırmaq və ya çoxdankı problemin həllini tapmaq şansları az deyil.
Dolça - yaradıcı və yaşam potensialınız yüksəkdir. Peşəkar fəaliyyətdə inadkar, qətiyyətli olun. Sevdiyiniz insanın qəlbini qırmayın. Səy və vaxtınızı əsirgəməsəniz xüsusi əhəmiyyətə malik işdə uğura nail ola bilərsiniz.
Balıqlar - imkalarınızı dəqiq qiymətləndirin, illüziyalara qapılmayın. Yaxın insanla münasibətlərdə harmoniyanı qoruyun. Etibar və xoş məramlar emosional durumunuza xoş təsir edəcək. Axşam saatlarında diqqətli olun, hisslərə qapılmayın.(milli.az)
-
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
...
-
Mədəniyyətlərarası dialoq uğurlu platformadır
...
-
Postmüharibə dövrünün reallıqları
...
-
Azərbaycanın təklifləri qəbul olunmalıdır
...
-
Çoxtərəfliliyə sadiqlik
...
-
Azərbaycan dünyada tolerant ölkə kimi tanınır
...
-
Biz sülhə doğru gedirik
...
-
Sabah 23° isti olacaq
...
-
Səttar Möhbalıyev: “Azərbaycan sivilizasiyalararası dialoqun möhkəmlənməsinə böyük töhfələr verir”
...
-
COP29-un rəsmi saytı istifadəyə verilib
...