Mirqafar Seyidova yeni vəzifə verildi

17:01 14-11-2020 | icon 1884
Mirqafar Seyidova yeni vəzifə verildi

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən çıxarılıb.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M.Seyidov vəzifəsindən azad olunaraq Nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Mirqafar Seyidovun yerinə hazırda təyinat yoxdur.

 

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin keçmiş rəisi, polis general-mayoru Emin Şəkinski bir müddət əvvəl ağır sürən xəstəlikdən sonra vəfat edib.


Digər xəbərlər

0.20101404190063