“Qarabağla bağlı razılaşmaya əməl edilir” - Putin
“Qarabağla bağlı razılaşmaya əməl edilir”.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin BRİCS-ə üzv ölkələrin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika - red.) onlayn konfransında bildirib.
“Rusiya tərəfi iki dost dövlətimiz arasında hərbi əməliyyatların dayandırılmasına kömək etmək və onları kompromisli həllər tapmağa təşviq etmək üçün ən fəal səyləri göstərdi. Vasitəçiliyimiz nəticəsində 9 noyabrda atəşkəs və Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi barədə razılaşmalar əldə edildi”,- deyə Putin qeyd edib.
Vladimir Putin bütün bunların Rusiya-Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatda qeyd olunduğunu xatırladıb.
“Mühüm məsələdir ki, razılaşmalara əməl olunur. Hərbi əməliyyatlar tamamilə dayandırılıb, vəziyyət sabitləşir. Beləliklə, böhranın uzunmüddətli və geniş miqyaslı həlli üçün və həm Azərbaycan, həm də erməni xalqlarının mənafelərinə uyğun olaraq ədalətli əsasda şərait yaradılıb”,- deyə Rusiya Prezidenti əlavə edib.
-
Bolqarıstan Prezidenti Azərbaycandadır
...
-
COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
...
-
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
...
-
Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - Rəsmi
...
-
Prezident qəbullar keçirdi - Fotolar
...
-
İlham Əliyev Forumun açılışında iştirak etdi - Video
...
-
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul etdi
...
-
İlham Əliyev Almaniyada coşqu ilə qarşılandı - Video
...
-
İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
...
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
...