Millimiz son oyunda da heç-heçəyə razılaşdı

08:37 18-11-2020 | icon 2542
Millimiz son oyunda da heç-heçəyə razılaşdı

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

Canni de Byazinin baş məşqçisi olduğu yığmamız Lüksemburqda meydan sahibləri ilə görüşüb.

C liqasının 1-ci qrupunun son turunun qarşılaşması hər iki komandanın taleyinə aydınlıq gətirəcəkdi. Lüksemburq qrup qalibi kimi B liqasına yüksəlmək uğrunda mübarizə aparırdısa, millimiz sonuncu yerlə C liqasında qalmaq uğrunda pley-offa düşməmək üçün çalışırdı.

 

Bu komandalar arasında Bakıda keçirilən görüşdə Lüksemburq millisi 2:1 hesablı qələbə qazanmışdı. Bu oyunda isə qapılara qol vurulmayıb.

Qrupun digər matçında lider Monteneqro Kipri qəbul edib və 4 cavabsız qolla qalib gəlib. Bu nəticələrdən sonra Azərbaycan yığması C Liqasının 1-ci qrupunda 6 xalla 3-cü yeri tutub. Monteneqro birinci, Kipr sonuncu olub.

UEFA Millətlər Liqası
C liqası, 1-ci qrup
17 noyabr

Lüksemburq – Azərbaycan 0:0


Digər xəbərlər

0.22412705421448