Avropa çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşdi

11:36 19-11-2020 | icon 2515
Avropa çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşdi

Noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşib.

Qitə çempionatında kişilər arasında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə moldovalı Vadim Bunescu, Orxan Səfərov italiyalı Manuel Lombard, 73 kiloqram çəkidə Rüstəm Orucov lüksemburqlu Claudio Nunes Dos Santos, Telman Vəliyev belaruslu Vadzim Şoka, 81 kiloqram çəkidə Murad Fətiyev yerli idmançı Jaromir Musil ilə güclərini sınayacaqlar.

Ağır çəkilərdə Məmmədəli Mehdiyev (90 kq) niderlandlı Jesper Smink, Zelim Kotsoyev polşalı Oleksii Lysenko, Elmar Qasımov (hər ikisi 100 kq) rumıniyalı Eduard Serban, Uşangi Kokauri (100 kiloqramdan yuxarı) rusiyalı Tamerlan Başayev və macarıstanlı Riçard Sipocz cütünün qalibi ilə mübarizə aparacaqlar.

Qadın cüdoçuların yarışında Aişə Qurbanlı kosovalı Distria Krasniqi, Leyla Əliyeva (hər ikisi 48 kq) Katharina Menz, Gültac Məmmədəliyeva (52 kq) gürcüstanlı Tetiana Levytska-Şukvani, Aleksandra-Larisa Florian (57 kq) niderlandlı Sanne Verhagen, İrina Kindzerska (78 kiloqramdan yuxarı) ispaniyalı Sara Alvarez və serbiyalı Milisa Zabis cütünün qalibi ilə güclərini sınayacaqlar.

Avropa çempionatı noyabrın 21-dək davam edəcək. Qitə birinciliyində 40 ölkədən 355 cüdoçu iştirakını təsdiqləyib.


Digər xəbərlər

0.23749995231628