Polis Akademiyasına yeni rəis təyin edilib
Prezident İlham Əliyevin sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2020-ci il noyabrın 20-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasına gedərək C.Daanovu həmin təhsil müəssisəsinin şəxsi heyətinə təqdim edib. Nazir əmin olduğunu bildirib ki, Akademiyada təlim-tədris prosesinin davamlı olaraq təkmilləşdirilməsi, yüksək ixtisaslı, müasir dövrün çağırış və təhdidlərinə cavab verən, informasiya texnologiyaları ilə peşəkarcasına işləməyi bacaran yeni nəsil polis əməkdaşlarının hazırlanması sahəsində tədbirlər gücləndiriləcək və daha məqsədyönlü xarakter daşıyacaq.
Polis polkovniki Canpolad Daanov ona göstərilən yüksək etimada görə ölkə və DİN-in rəhbərliyinə dərin minnətdarlığını bildirib, bu etimadı doğrultmaq üçün bilik və bacarığını əsirgəməyəcəyinə söz verib.
-
Əliyevlə Tokayev Şuşada - Fotolar
...
-
Tokayev Füzulinin Baş planı ilə tanış oldu - Fotolar
...
-
Tokayevin şərəfinə dövlət ziyafəti verildi
...
-
Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto
...
-
Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı təbrik etdi
...
-
Qazaxıstan liderinin Azərbaycan KİV-lərinə müsahibəsinin - Tam mətni
...
-
Tokayev sabah Bakıya gələcək
...
-
Prezident 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım etdi
...
-
İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
...
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Video
...